Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir artıb

2021.10.28 12:05 (UTC+04:00)

2021-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz artaraq 5 milyard 402,7 milyon manat olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 4 milyard 143 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 76,7 faizini təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında hər bir ölkə sakini orta hesabla 539,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.