Sammit Qarabağ və Şərqi Zəngəzurun investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır

2021.10.27 16:32 (UTC+04:00)

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur regionlarının investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İnanırıq ki, Sammit çərçivəsində keçirilən tədbirlər üzv ölkələr arasında əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq”, - deyə nazir qeyd edib.