“Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə”nin tərtib olunmasına dair videoçarx hazırlanıb

2021.10.27 15:47 (UTC+04:00)

Dövlət Vergi Xidməti tərəfindən “Şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi barədə ərizə”nin tərtib olunması və göndərilməsi qaydası haqqında videoçarx hazırlanıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, videoçarxa əsasən vergiödəyicisinin ödədiyi vergilərin, faizlərin və maliyyə sanksiyalarının artıq məbləğləri digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının ödəniləməsi hesabına aid edildiyi halda, vergiödəyicisinin tələbi ilə ona şəxsi vərəqədən çıxarış verilir. Habelə, rüb başa çatdıqdan sonra 20 gün ərzində ona bildiriş göndərilir.

Videoçarxda, həmçinin vergiödəyiciləri ilə bağlı digər aktual məlumatlar da öz əksini tapıb.