Yusif Abdullayev: Çinli sərmayəçilər Kəlbəcərdə su elektrik stansiyası ilə bağlı işlərlə maraqlanırlar

2021.10.27 15:09 (UTC+04:00)

Bu barədə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev deyib.

O bildirib ki, dövlətimizin başçısı biznes mühitinə hər zaman böyük önəm verib. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 150 milyard xarici investisiya cəlb olunub. Onlardan 55 faizi neft sektorunun, 45 faizi isə qeyri-neft sektorunun payına düşür. İndi Qarabağda görüləcək işlərə xarici investorlar da cəlb olunur.

Xarici investorların Azərbaycana cəlb olunmasının regionun inkişafına müsbət təsir edəcəyini deyən Y.Abdullayev diqqətə çatdırıb ki, çinli sərmayəçilər artıq Kəlbəcərdə su elektrik stansiyası ilə maraqlanırlar. KOBİA və digər qurumlar xarici şirkətlərlə investisiyaların yaxşılaşdırılması istiqamətində səmərəli addımlar atır. Azərbaycanda yaradılan KOB-ların fəaliyyətinin nəticəsini yaxın illərdə görəcəyik.