ƏDV-nin əvəzləşdirilməsi

2019.09.17 16:18 (UTC+04:00)

Müəssisə dövlət büdcəsindən ayrılmış vəsait hesabına tikinti layihəsini icra edir və səhmlərinin nəzarət zərfi 100 faiz dövlətə məxsusdur. Bu zaman alınmış mallara görə ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, dövlət büdcəsindən ayrılmış vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Qeyd olunanlara əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına yerinə yetirilən tikinti işlərinə görə digər şəxslərdən malların (işlərin, xidmətlərin) alınmasına görə ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsi, 175.6-cı maddə