Cari ilin sentyabr ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 9925 vahid və ya 0,6 faiz artaraq, 1,71 milyon vahid təşkil edib.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 760, fiziki şəxslər üzrə 8437, torpaq mülkiyyətçiləri üzrə isə 728 vahid artıb.