Azərbaycan qazandığı Qələbə ilə dünya iqtisadiyyatına təsir edəcək bölgəyə çevrilib

2021.10.27 12:20 (UTC+04:00)

Azərbaycan ötən il qazandığı uğurla dünya iqtisadiyyatına təsir edəcək bir bölgəyə çevrilib. Ümid edirik ki, Qarabağda turizm, kənd təsərrüfatı sahəsi inkişaf edəcək.

Bu fikirləri Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində deyib.

Dünya Etnoidman Konfederasiyasının fəaliyyətindən bəhs edən Bilal Ərdoğan bildirib ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə yaradılan konfederasiya 2022-ci ildə Bakıda, 2023-cü ildə Qırğızıstanda, 2024-cü ildə isə İzmirdə yarışların təşkilini planlayır.

“Biz görürük ki, Qərb mədəniyyəti genişlənərək dünyaya təsir edir. Ancaq hər ölkə mədəniyyətin bir rəngidir. İdmanın növləri çoxdur. Biz öz mədəniyyətimizə xas olan idman növlərini bir məhsul formasında dünya bazarına çıxarsaq uğur qazanmaq şansımız yüksək olacaq”.