Gürcüstan cari ilin 9 ayında Azərbaycandan 168,5 min ton yanacaq idxal edib

2021.10.27 10:25 (UTC+04:00)

Gürcüstan cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan idxal etdiyi benzin və dizel yanacağının həcmini artırıb.

Gürcüstan hesabat dövründə Azərbaycandan 168,5 min ton yanacaq idxal edib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 19,7 faiz çoxdur.

Gürcüstan hesabat dövründə istehlak etdiyi yanacağın 41,2 faizini Azərbaycandan alıb.

Azərbaycan bununla da Gürcüstanın əsas yanacaq təminatçısı olub.