İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısında 2030-cu ilədək müəyyən edilmiş hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivlərini nəzərdən keçirdik”, - deyə nazir diqqətə çatdırıb.