Mərkəzi Bankın təqdim etdiyi məlumata görə sentyabrın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 608 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 830,1 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 904,2 milyon manat olub və ümumi kredit portfelinin 5,8 faizini təşkil edib.