Elektron qaimə-fakturanın göndərilməsi

2021.11.02 10:10 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifələrindən biridir.

• bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;

• dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;

• notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Əsaslandırma: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 16.1.11-6.1-ci, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələri.