Azərbaycanda 18 yaşına çatmamış gənclərə energetik içkilərin satılması qadağan edilə bilər

2019.03.29 18:31 (UTC+04:00)

Məsələ ilə bağlı deputatlardan dəstək istəyən Q.Paşayeva qeyd edib ki, bu içkilər sadəcə asılılıq yaratmır, həm də bizim genofonda çox böyük zərər vurur: "Ailələr deyirlər ki, məktəblərin ətrafında bu içkilər satılır. Qida Təhlükəsizliyi Agentliyi bu içkilərin qəbulunu tövsiyə etmirsə, Ombudsman ailələrdən olan müraciətləri Milli Məclisə qədər gətirirsə, ailələr narahatlıqlarını bildirirsə, düşünürəm ki, bu içkilərin satışı qadağan edilməli, bu qanuna riayət etməyənlərin cəzalandırılması mexanizmləri həyata keçirilməlidir".

Qeyd edək ki, Nazirlər Kabinetinin 2019-cu il 19 yanvar tarixli qərarı ilə "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunmuş malların aksiz dərəcələri"ndə dəyişikliklər edilib. Əsas məqsədi energetik içkilərin istehlakının məhdudlaşdırılması olan bu dəyişikliyə əsasən, Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri dəyişib: şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; siqarlar, o cümlədən ucları kəsilmiş siqarların 1 ədədi üçün 1 manat; siqarillaların 1000 ədədi üçün 20 manat; tütün tərkibli siqaretlərin 1000 ədədi üçün 28 manat; tərkibində tütün əvəzləyicisi olan siqarların 1 ədədi üçün 1 manat; tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 28 manat; elektron siqaret mayesinin 1 litri üçün 20 manat müəyyən edilib.

Qərar 2019-cu il fevralın 10-da qüvvəyə minib.