Şəhidlərin həyat yoldaşlarının əmək haqlarının 100 faizi dövlət tərəfindən ödəniləcək.
Bu barədə Dövlət Məşğulluq Agentliyinin Sosial Tərəfdaşlarla iş departamentinin rəhbəri Fatimə Ələkbərova deyib.
O bildirib ki, yaxın günlərdə yeni layihəyə start veriləcək. Belə ki, layihə çərçivəsində işə götürənlər şəhid xanımlarını işə götürdükləri təqdirdə işçinin əmək haqqının 100 faizi altı ay müddətinə dövlət tərəfindən ödəniləcək.