Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Çexiyanın ölkəmizdəki səfirliyi və Çexiya Ticarətin Təşviqi Agentliyinin (CzechTrade) nümayəndələri ilə görüş olub.
AZPROMO-dan bildirilib ki, görüşdə qurum və “CzechTrade”nin ümumi fəaliyyətlərinə dair təqdimatlar keçirilib və əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu “CzechTrade”nin baş direktoru Radomil Dolezal və AZPROMO-nun investisiyaların təşviqi departamentinin direktoru Zöhrab Qədirov imzalayıb. Sənəddə ixracyönümlü məhsul istehsalı və xidmətlərin göstərilməsi sahəsində qarşılıqlı təcrübə mübadiləsi, investisiya layihələrinin həyata keçirilməsinin təşviqi, sahibkarların əməkdaşlığının dəstəklənməsi məsələləri əksini tapıb.