Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub

2021.10.26 14:56 (UTC+04:00)

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.