Azərbaycan 180 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

2021.10.26 13:44 (UTC+04:00)

Yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 111 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal edilib.