Növbəti güzəştli mənzillər satışa çıxarılıb
Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki,Yasamal Yaşayış Kompleksində inşa edilən ümumilikdə 154 güzəştli mənzil satılacaq. Satışlar onlayn qaydada 2019-ci il aprelin 29-da saat 11:00-da başlayacaq və 23:59-dək davam edəcək.
Xatırladaq ki, yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Onlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində edə biləcəklər. Həmin şəxslər elektron kabinetlərində "Satış/Mənzillər" bölməsinə daxil olaraq "erkən gələnə erkən xidmət" prinsipi əsasında mənzilləri seçə biləcəklər. Başqa sözlə, satış başlandığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxs onu almaq imkanı əldə edəcək. “Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilib. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti normalarına uyğun layihələndirilib və inşa olunub. Bunda başqa, mənzillərə dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.
Bina № |
Binada mərtəbə sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
6 |
9 |
1 |
5 |
33,10 - 33,37 |
40,52 |
"Hünər-İnşaat" Firması / Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 97, mənzil 63. |
1 sentyabr 2018-ci il
|
2 |
3 |
55,03 |
66,92 |
||||
3 |
1 |
69,56 |
81,64 |
||||
7 |
9 |
1 |
2 |
33,37 |
40,52 |
||
2 |
6 |
54,65 - 55,03 |
66,92 |
||||
3 |
5 |
69,56 - 69,93 |
81,64 |
||||
8 |
9 |
1 |
9 |
33,10 - 33,37 |
40,52 |
||
2 |
54 |
49,77 - 55,02 |
60,10-66,91 |
||||
3 |
9 |
69,08 - 69,68 |
84,47 |
||||
9 |
12 |
1 |
12 |
31,50 - 33,01 |
40,12 |
||
2 |
24 |
56,85 - 57,87 |
70,44 |
||||
3 |
24 |
69,80 - 70,46 |
84,47 |
Satış şərtləri və qiymətlər:
1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan;
2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan;
3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayır.
Qeyd edək ki, mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:
İllik faiz dərəcəsi |
Müddət |
Minimal ilkin ödəniş |
Aylıq ödəniş* |
||
1 otaqlı |
2 otaqlı |
3 otaqlı |
|||
4% |
3-30 il |
10% |
129-136 manat |
203-236 manat |
282-288 manat |
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
Bu şərtlər aylıq ödəniş – mənzil 10 faiz ilkin ödəniş edilərək, 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda keçərlidir. Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır:
Otaqların sayı |
Mənzilin qiyməti (manat) |
Əlavə endirim məbləği (manat) |
Əlavə endirimdən sonra (manat) |
1 |
29 925 |
2 993 |
26 932 |
2 |
47 282 |
4 728 |
42 554 |
3 |
65 626 |
6 563 |
59 063 |
Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.
MİDA-dan bildiriblər ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.