Oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib

2021.10.26 10:35 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayı üzrə bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib.

Fondun mətbuat xidmətindən bildirilib ki, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.