Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 25 milyard 421,4 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 18,2 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 9 ayda qaz nəqlinin 50 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 12 milyard 707,4 milyon kubmetr təbii qaz ixrac edilib.