Bu vaxtadək Neft Fondu “Şahdəniz” qazı və kondensatının satışından 3,9 milyard dollar gəlir əldə edib

2021.10.25 16:33 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 329 milyon 131 min ABŞ dolları olub.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 9 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 109 milyon 89 min dollar təşkil edib.

2007-ci ildən cari il sentyabrın 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 996 milyon dollar olub.