Yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 5 milyon 72,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 2 milyard 212,4 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 2 milyon 357,7 min ton yükün dəyəri 792,9 milyon dollar təşkil edib.
Qeyd edilən dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 2 milyon 714,5 min ton, dəyəri isə 1 milyard 419,5 milyon dollar olub.