Rusiya Federasiyası Energetika Nazirliyi "Türk axını" və "Şimal axını-2" təbii qaz boru kəməri layihələri üçün Rusiyadan gətirilən gəmilərin gömrük xərclərindən və vergilərdən azad edilməsi ilə bağlı tələb irəli sürüb. Rusiya ilə Türkiyə arasında 2016-cı il oktyabr ayının 10-da imzalanmış "Türk axını" layihəsi ilə bağlı sazişin şərtlərinə uyğun olaraq nəzərdə tutulan vergidən azadetmə üçün Rusiya hökuməti qərar lahiyəsi hazırlayıb. Rusiya hökumətinin açıqlamasına əsasən, boru kəməri layihələrinə cəlb olunan gəmilərin daşıdıqları məhsullar, müvəqqəti şəkildə gömrük zonasına daxil olmaları və istifadə edilmələri şərti ilə, gömrük xərclərindən və vergilərdən azad olunacaq. Türkiyənin Maliyyə Nazirliyinin Gəlir İdarəsinin rəhbərliyi keçən il açıqladığı bildirişdə vergidən azadetmə ilə bağlı maddələri də göstərmişdi.