Doqquz ayda 36 min tonadək düyü idxal olunub

2021.10.25 11:35 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında ölkəyə 35,9 min ton düyü idxal olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, idxal edilən düyünün dəyəri 26,3 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 31,7 milyon dollar olmaqla 45,8 min ton düyü idxal edilib.