2021-ci ilin yanvar-sentyabr aylarında 8628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.
Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin qurumların 82,9 faizi elektron qaydada, 17,1 faizi isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin “e-qeydiyyat”ının xüsusi çəkisi isə 92,5 faiz təşkil edib.