Pambıq lifi və ipliyinin ixracı artıb

2021.10.23 14:56 (UTC+04:00)

Cari ilin doqquz ayında 98,7 min ton pambıq lifi və 13,8 min ton pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir ki, ixrac edilən pambıq lifinin dəyəri 151,5 milyon dollar, pambıq ipliyinin dəyəri isə 40 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-sentyabr aylarında 83,8 milyon dollarlıq 63,3 min ton pambıq lifi, 12 milyon dollarlıq 5880 ton pambıq ipliyi ixrac edilib.