Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, idman mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilmiş vəsaitdən 6 faiz dərəcəsi ilə, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Əsaslandırma: Vergi Məcəlləsinin 220.9-cu maddəsi