30 sentyabr 2021-ci il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 34,526.5 milyon manat, cəmi öhdəlikləri 29,655.2 milyon manat, balans kapitalı isə 4,871.3 milyon manat olub.
Mərkəzi Bankın son hesabatına əsasən, ilin əvvəlindən bank sektorunun aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7,7 faiz, 8,4 faiz və 3,7 faiz artıb.
Cəmi aktivlərin 45 faizi kredit portfelindən ibarətdir. Kredit portfelinin artım trendi sentyabr ayında da davam edib. Bankların kredit portfeli senytabrda 2,2 faiz (331.9 milyon manat) artaraq 15,538.7 milyon manat olub. Ümumilikdə, ilin əvvəlindən bankların kredit portfeli 9,8 faiz artıb.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir Bankların depozit portfeli sentyabr ayında 4 faiz artıb. Bu göstəricidə ilin əvvəli ilə müqayisədə isə14,1 faiz artım qeydə alınıb.
Sentyabrda əmanətlərin dollarlaşması azalıb
2021-ci il senytabrın 30-na əhalinin banklarda olan əmanətləri sentyabr ayında 3,1 faiz artaraq 8,663.6 milyon manat təşkil edib. Bu barədə Mərkəzi Bankın statistik bülletenində məlumat açıqlanıb. Bildirilib ki, bu rəqəm 2019-cu ilin oktyabr ayından bəri müşahidə olunan ən yüksək göstəricidir. Qeyd eədk ki, sahibkarlıqla məşğul olan fiziki şəxslərin banklardakı vəsaitləri bu göstəriciyə daxil deyil.
Statistikaya əsasən, fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7,2 faiz bəndi azalaraq 43,6 faizə enib.
2021-ci ilin yanvar-sentyabr aylarında banklar 505,6 milyon manat xalis mənfəət, 723,8 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
İlin əvvəlinə nəzərən cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 0,6 faiz bəndi azalaraq 5,5 faiz təşkil edib. Qeyd edək ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 1,7 faiz bəndi, 2020-ci ilin orta illik göstəricisinə nisbətən 1,9 faiz bəndi azalıb.