Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır:
• ekspertə etiraz etmək;
• ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək;
• ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək;
• ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək;
• ekspertin rəyi ilə tanış olmaq.
Əsaslandırma: Vergi Məcəlləsinin 44.7-ci maddəsi