Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirilib.
AZPROMO-dan bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatı, yaradılmış əlverişli biznes və investisiya mühiti, ölkəmizin ABŞ-la iqtisadi-ticarət əlaqələri barədə məlumat verilib.
ABŞ səfirliyinin nümayəndəsi Andrev Qlas ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
AZPROMO-nun nümayəndəsi Zöhrab Qədirov Azərbaycanın biznes və investisiya mühiti, ixrac imkanları barədə məlumat verib, ölkəmizdəki əlverişli işgüzar şəraitdən yararlanmağa, əlaqələri genişləndirməyə dəvət edib.
Görüşdə iki ölkə arasında ixrac və investisiya sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.