Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ABŞ-ın Azərbaycan və Türkiyədəki səfirliklərinin ticarət və iqtisadi məsələlər üzrə nümayəndələri ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə işgüzar dairələrin iştirakı ilə birgə tədbirlərin təşkilinə, KOB sahəsində əməkdaşlığa və ABŞ-ın sahibkarlıqla bağlı müvafiq təşkilatları ilə agentlik arasında əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.