Əhalinin banklardakı əmanətləri artıb

2021.10.22 14:03 (UTC+04:00)

Əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) banklarda olan əmanətləri sentyabr ayında 3,1 faiz (263,4 milyon manat) artaraq 8 milyard 663,6 milyon manat təşkil edib (2019-cu ilin oktyabr ayından ən yüksək göstərici).

Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.