Azərbaycan nefti bu ilin rekordunu yeniləməkdə davam edir

2021.10.21 12:27 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar artaraq 87,13 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 19-da (86,76) qeydə alınıb. ABŞ Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının 0,4 milyon barel azaldığını açıqladıqdan sonra neftin qiymətində bahalaşma müşahidə olunur.