Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, müəssisə hesabat ili ərzində ləğv edildikdə onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur, sonda alınmış nəticə 1% -ə vurulmaqla əmlak vergisi hesablanır.
Əsaslandırma: Vergi Məcəlləsinin 198.2-ci və 202.0.3-cü maddələri