Doqquz ayda Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 320 milyon dolları ötüb

2021.10.20 11:00 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 320 milyon ABŞ dollarından artıq olub.

Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib.

Doqquz ayda Azərbaycandan Belarusa ixracın dəyəri 229,9 milyon dollar, idxalın dəyəri isə 90,4 milyon dollar təşkil edib.