Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır

2021.10.19 17:21 (UTC+04:00)

Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6007 müraciət daxil olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bunlardan 4849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib. Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır.