Plastmas və onlardan hazırlanan məmulatların həcmi açıqlanıb

2021.10.19 16:23 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında 313,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 307,7 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə 122,4 milyon dollar dəyərində 164,8 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.