Mikayıl Cabbarov: Doqquz ayda 60,9 milyon manat güzəştli kredit verilib

2021.10.19 14:52 (UTC+04:00)

Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinin reallaşdırılması 1800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.