TRACECA-nın Azərbaycan hissəsində 27,1 milyon ton yük daşınıb

2021.10.19 14:19 (UTC+04:00)

Cari ilin yanvar-avqust aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 27,1 milyon ton, yük dövriyyəsi isə 6 milyard 408,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 15 milyon 224,1 min tonu və ya 56,1 faizi avtomobil nəqliyyatı, 8 milyon 819,3 min tonu və ya 32,5 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 99,1 min tonu və ya 11,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 22,3 faizini və ya 6 milyon 43,1 min tonunu tranzit yüklər təşkil edib.