Sentyabrda aylıq sosial müavinət və təqaüd alanların sayı 690 min nəfərdən çox olub

2021.10.19 12:15 (UTC+04:00)

Bu ilin sentyabr ayı üzrə aylıq sosial müavinət və təqaüd alanların sayı 690 min nəfərdən çox olub.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 393 min nəfərdən çoxunu aylıq sosial müavinət alanlar, 297 min nəfərdən çoxunu isə təqaüd alanlar təşkil edib.