Cari il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub

2021.10.19 11:06 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 647 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 9 ayda Azərbaycan bu ölkədən 327,1 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 319,7 milyon dollar olub.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.