Doqquz ayda Azərbaycanda 23 milyard dollara yaxın ticarət əməliyyatları aparılıb

2021.10.18 17:33 (UTC+04:00)

Yanvar-sentyabr aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 22 milyard 974,2 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 8 milyard 344,4 milyon dolları idxalın, 14 milyard 629,8 milyon dolları isə ixracın payına düşüb.