Cari ildə Azərbaycanda ən çox ixrac əməliyyatları iyulda aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu il ixrac əməliyyatlarının ən yüksək göstəricisi iyul, ən aşağı göstəricisi isə mayda qeydə alınıb. Belə ki, iyulda ixrac əməliyyatları 2 milyard 582,4 milyon ABŞ dolları, mayda isə 1 milyard 62,9 milyon dollar təşkil edib.
Qeyd edək ki, bu il ölkədə ixracın dəyəri 14 milyard 649 milyon dollar olub.