Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2021.10.18 15:31 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, doqquz ayda Rusiyaya 586,5 milyon dollar, Türkiyəyə 455 milyon ABŞ dolları, İsveçrəyə 174 milyon dollar, Gürcüstana 120,4 milyon dollar, ABŞ-a isə 54,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.