Meyvə-tərəvəz ixracı artıb

2021.10.18 13:40 (UTC+04:00)

Yanvar-sentyabr aylarında 422,6 min ton meyvə-tərəvəz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 399 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni dövründə dəyəri 402,1 milyon dollar olmaqla 397,3 min ton meyvə-tərəvəz ixrac edilib.