İqtisadiyyat Nazirliyinin “Telegram” kanalının rus dilində versiyası - “Экономика Азербайджана” fəaliyyətə başlayıb

2021.10.15 14:33 (UTC+04:00)

Sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verən İqtisadiyyat Nazirliyi “Telegram” platformasında fəaliyyətini daha da genişləndirir. Məlum olduğu kimi, Nazirliyin “Telegram” platformasında “Azərbaycan iqtisadiyyatı” adlı kanalı mövcuddur (https://t.me/economy_az) və burada iqtisadiyyatla bağlı aktual xəbərlər paylaşılır.

İndi isə həmin kanalın rus dilində “Экономика Азербайджана” versiyası fəaliyyətə başlayıb. (https://t.me/economy_azru)

Azərbaycan dilində yayımlanan “Azərbaycan iqtisadiyyatı” kanalında olduğu kimi, burada da İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyəti, ölkə iqtisadiyyatına dair məlumatlar, maarifləndirici və izahedici materiallar paylaşılacaq, eləcə də region və dünya iqtisadiyyatını əhatə edən əsas mövzular işıqlandırılacaq. “Экономика Азербайджана” kanalına abunə olmaq üçün mobil telefonlarda “Telegram” tətbiqindən və ya kompüterlərdə veb-versiyadan istifadə etmək lazımdır.