Türkiyə Azərbaycandan qaz tədarükünü artırır

2021.10.15 13:31 (UTC+04:00)

Cari qış mövsümündə havaların sərt keçəcəyi ilə bağlı proqnozlara əsasən Türkiyə ciddi enerji tədarüklərinə başlayıb.

Azərbaycan və Türkiyə arasında 11 milyard kubmetr əlavə təbii qaz razılaşması bir tərəfdən cari qış mövsümünə hazırlıq, digər tərəfdən isə Türkiyədə enerji məhsullarına artan digər tələbatlarla bağlıdır.

Türkiyənin enerji və təbii qaynaqlar naziri Fatih Dönməz bu barədə açıqlamasında deyib: “Qış yaxınlaşdıqca təbii qaza olan tələbatın artması səbəbindən aparılan danışıqlar faydalı nəticələr verib. Qaz tədarük etdiyimiz ölkələr Türkiyəyə nəql edilən qazın artırılacağını bəyan ediblər. Bu çərçivədə 2024-cü ilin sonunadək Azərbaycandan Bakı-Tbilisi-Ərzurum qaz kəməri vasitəsilə əlavə 11 milyard kubmetr qaz ixracı barədə müqavilə imzalanıb”.