Yanvar-sentyabr ayları ərzində 89 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub

2021.10.15 11:18 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində 89 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, onların 53,4 faizini kişilər, 46,6 faizini isə qadınlar təşkil edib.