Doqquz ayda işsizlikdən sığorta haqları üzrə daxilolmalarda 9,2 faiz artım olub

2021.10.14 17:52 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz artaraq 95,9 milyon manat olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bununla proqnoza 108,9 faiz əməl edilib.

Həmçinin qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 70,7 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz yerinə yetirilib.