Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 7,9 faiz artıb

2021.10.14 17:09 (UTC+04:00)

Cari ilin yanvar-sentyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz artıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, daxilolmalar üzrə proqnoz 253,7 milyon manat artıq yerinə yetirilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 1 milyard 771,5 milyon manat təşkil edib, proqnoz 112,8 faiz icra olunub.