Sahibkarlar onlayn olduqları istənilən yerdə “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər

2021.10.14 15:34 (UTC+04:00)

Yevlax və Xaçmaz KOB evlərində göstərilən xidmətlərdən yararlanmaq istəyən sahibkarlar onlayn olduqları istənilən yerdə “KOB növbə” tətbiqi ilə növbə götürə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, “KOB növbə” tətbiqi sahibkarların KOB evlərində əlavə vaxt itkisinin qarşısını almaqla, onların vaxtlarına qənaət etməyə imkan verir. Sahibkarlar “KOB növbə” tətbiqini artıq “App Store”dan da yükləyə bilərlər. https://apps.apple.com/az/app/kob-n%C3%B6vb%C9%99/id1587661483

“Android” (“GooglePlay”) əməliyyat sistemləri üçün: https://play.google.com/store/apps/details?id=aze.asanx.kob_queue